22 may 2012 15:56
Yığmamızın oyununda ingilis hakim-inspektor
Xəbər verdiyimiz kimi, mayın 23-də, Şizuoka şəhərində Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu sinqapurlu Əbdül Malik Əbdülbəşir idarə edəcək. Azerisport.az xəbər verir ki, onun köməkçiləri həmyerliləri Cefri Goh Gek Peng və Yeu Mung Tang olacaq. Dördüncü hakim fnksiyasını yaponiyalı Minoru Tojo yerinə yetirəcək.
Artıq oyunun hakim-inspektoru da müəyyənləşib. Hakimlərin idarəçiliyinə İngiltərəni təmsil edən Keyt Hill qiymət verəcək.
