22 may 2012 16:12
Böyükağa Hacıyev: Onlar məsuliyyətsizlik edirdilər
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev altı futbolçunun komandadan kənarlaşdırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandadan uzaqlaşdırılanlar arasında bütün mövsüm boyu əsas heyətdə olanlar da var, az oynayanlar da. Komandamızın çempionluq qazanmasında da böyük pay sahiblərindəndilər. Ammma onların hər biri müəyyən dövrlərdə məsuliyyətsizlik edirdi. Onlar başa düşməlidilər ki, belə şeylərə yol vermək olmaz. Bəzi oyunlar göstərdi ki, Rəşad Abdullayev tez-tez rəqib oyunçularla bacarmır. Fərid Quliyev isə heç cür forma yığa bilmədi. Buna görə də qərar verdik ki, onlarla yollarımızı ayıraq”.

Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitəcək futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilib.