22 may 2012 16:50
Neftçi kapitanı ilə də yollarını ayırır
Azərbaycan çempionu “Neftçi” daha bir futbolçusu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, bu, komandanın kapitanı Rail Məlikovdu.
Lakin hələlik Raillə bağlı yekun qərar verilməyib. Yəqin ki, yaxın günlərdə Məlikovun da taleyinə tam aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu gün artıq klub rəhbərliyi altı futbolçunun komandadan getdiyini rəsmən açıqlayıb. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitən futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla yolların ayrılmasına qərar verilib.
