22 may 2012 17:14
Berti Foqts: Bu oyun bizim üçün böyük təcrübə olacaq
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mayın 23-də keçiriləcək Yaponiya – Azərbaycan oyunu ilə bağlı bu gün keçirilmiş mətbuat konfransında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Yaponiya yığması ilə qarşılaşmaq bizim komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki rəqibimizin heyətində çox yaxşı futbolçular var və düşünürəm ki, müəyyən şeyləri onlardan öyrənməliyik. Yaponiya yığmasından yüksək səviyyəli oyun gözləyirəm. Bu qarşılaşma bizim üçün dünya çempionatının seçmə mərhələsinə hazırlıq yolunda böyük təcrübə olacaq”.
