22 may 2012 17:36
Azərbaycan Türkiyə ilə birgə DÇ-yə ev sahibliyi edə bilər
Azərbaycan və Türkiyə futbol üzrə DÇ 2026-nın birgə keçirilməsi üçün sifariş ərizəsi verə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O, futbol üzrə 2026-cı il dünya çempionatının təşkili üçün Azərbaycan və Türkiyənin birgə sifariş ərzəsi verməsinin mümkünlüyünü bildirib: "Təcrübə göstərir ki, iki ölkənin birgə layihələri artıq ənənə halını alır və bu, çox maraqlı olardı. Biz birgə belə bir ərizə verə bilərik. Lakin bu, iki ölkə rəhbərliyinin mövqeyindən asılıdı”.
