22 may 2012 18:15
Böyükağa Hacıyev: Heyəti mümkün qədər tez komplektləşdirmək istəyirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandadakı islahatlardan danışıb, şanslarını dəyərləndirib.
- “Neftçi”də nə baş verir?
- Heç nə baş verməyib. Sadəcə, “Neftçi” Çempionlar Liqası öncəsi güclənməyi qarşısına məqsəd qoyub. Rəhbərlik komandanın qarşısına böyük hədəflər qoyub. Bu turnirdə mümkün qədər irəliləmək istəyirik. Ona görə də indi komandanı kimlərinsə tərk etməsində ciddi heç nə yoxdu. “Neftçi” çempion oldu və bu qələbədə hər kəsin xidməti var. Amma həyat belədi ki, dəyişikliksiz ötüşmək olmur.

- Niyə klub rəhbərliyi həmin altı futbolçu ilə müqaviləni uzatmamağa qərar verdi?
- Komandadan uzaqlaşdırılanlar arasında bütün mövsüm boyu əsas heyətdə olanlar da var, az oynayanlar da. Komandamızın çempionluq qazanmasında da böyük pay sahiblərindəndilər. Ammma onların hər biri müəyyən dövrlərdə məsuliyyətsizlik edirdi. Onlar başa düşməlidilər ki, belə şeylərə yol vermək olmaz. Bəzi oyunlar göstərdi ki, Rəşad Abdullayev tez-tez rəqib oyunçularla bacarmır. Fərid Quliyev isə heç cür forma yığa bilmədi. Buna görə də qərar verdik ki, onlarla yollarımızı ayıraq.
- Bəs Slavço Georgiyevski ilə Alessandro da Silva barədə nə deyərdiz?
- Hər ikisi pis oynamırdı. Amma klub onlarla müqaviləni yeniləmək istəmədi. Məşqçilə korpusu ilə rəhbərliyin birgə toplantısında onlarla yolların ayrılmasına qərar verildi. Onların əvəzində daha güclü futbolçularla müqavilə imzalamaq istəyirik. Düzdü, bu qərarı heç kim gözləmirdi. Amma əbədi heç nə yoxdu. Mən də zamanı gələndə klubdan gedəcəm. Ümumiyyətlə, “Neftçi”nin uğurları naminə hər şeyə hazırıq. Komanda daha güclü futbolçularla möhkəmlənməlidi. Qarşımızda yüksək hədəflər var. Bunun da öhdəsindən yalnız güclü komanda ilə gəlmək olar.

- Bəs o düzdü ki, Rail Məlikov da komandadan gedəcək?
- Məlikov yaxşı futbolçudu. Amma bu informasiyanı şərh edə bilmərəm. Mümkündü ki, daha bir neçə futbolçu da komandadan getsin. Hələlik bu məsələ açıq qalır.

- Artıq komandanı gücləndirə biləcək oyunçular müəyyənləşdirmisiz?
- Gəlməsi gözlənilən bəzi futbolçular var. Biz həm yerli, həm də əcnəbi futbolçulara maraq göstəririrk. Hələlik adlarını açıqlaya bilmərəm. Bu barədə informasiya yalnız rəsmi razılıq əldə olunduqdan sonra veriləcək. Hamı “Neftçi”də oynamaq istəyir. Amma biz ən yaxşılarla müqayilə bağlayacağıq.

- Mahir Şükürovun komandanıza gələcəyinə dair xəbərlər doğrudu?
- Sizi əmin edirəm ki, onun adı bizim transfer siyahımızda yoxdu. Şükürov Azərbaycan yığmasının üzvüdü, böyük təcrübəyə malikdi. Lakin “Neftçi” hazırda onunla maraqlanmır. O, bizim komandamızda çıxış etməyəcək.

- Komandanı nə vaxta komplektləşdirməyi düşünürsüz?
- Bunu mümkün qədər tez etmək lazımdı. Yeni futbolçularla daha çox məşq etmək istəyirik. Amma kim gəldi onunla müqavilə də bağlaya bilmərik.