22 may 2012 17:57
İnterdən daha bir transfer (FOTO)
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” növbəti transferini rəsmlışdirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Georgi Adamiyanın ardından yerli bazardan daha bir futbolçu alıblar.
Belə ki, paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Ramil Həşimzadəni heyətinə qatıb. Məlumatı “İnter”in meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. Onun sözlərinə görə, gənc futbolçu ilə ilkin razılıq əldə olunub. Lakin Həşimzadənin “Sumqayıt”la müqaviləsi iyunun 30-da başa çatacaq. “İnter” yeni oyunçusu ilə də məhz həmin tarixdən sonra rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, “İnter” Həşimzadə ilə 2 illik razılığa gəlib.
