22 may 2012 11:02
Yaponiya - Azərbaycan matçının hakimləri açıqlandı
Futbol üzrə Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmanı sinqapurlu ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Əbdül Malik Əbdülbəşirdi. Ona həmyerliləri Cefri Goh Gek Peng, Yeu Mung Tang kömək edəcək. Dördüncü hakim isə Minoru Tojodu. O, yaponiyalıdı.
Qeyd edək ki, Yaponiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu sabah - mayın 23-də, Şizuoka şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
