22 may 2012 11:23

Vüqar Nadirov: Sinqapur və Fələstin uğursuzluqları bu dəfə təkrarlanmayacaq

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov sabah keçiriləcək Yaponiya, eləcə də Andorra (30 may) ilə qarşılaşmalar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Biz Yaponiyaya qarşı yaxşı oyun nümayiş etdirmək istəyirik. Onların kifayət qədər güclü komandası var. Heyətlərində xeyli legionerlər var ki, Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Amma biz onlardan ehtiyatlanmırıq”.
 
Nadirovun sözlərinə görə, yoldaşlıq oyunu olduğuna görə, heyətlərdə ediləcək dəyişikliklər hər iki komandaya çətinliklər yaradacaq: “Xüsusilə komandamızda Rəşad Sadıqovun yoxluğunu qeyd edərdim. Təəssüf ki, kapitan komandasına kömək edə bilməyəcək. Onunla yanaşı daha bir neçə heyətdə yer almır. Lakin heyətimizdə onları layiqincə əvəzləyə biləcək uşaqlar var. Gənc futbolçularımız da belə rəqiblə qarşılaşmada özlərini yaxşı tərəfdən göstərməlidilər”.
 
Vüqar yaponların da heyətində aparıcı futbolçulardan Keysuke Hondanın çıxışının sual altında olmasına toxunub: “Təbii ki, əgər o, oynamasa, üzücü olar. Yaponiyanın güclü heyətində qarşı oynamaq istərdik. Lakin digər tərəfdən yaponların hansı heyətlə meydana çıxması bizim üçün o qədər vacib də deyil. İstənilən halda onlar güclü komanda olduqlarını sübut ediblər”.
 
Nadirov daha sonra qarşıdakı Almaniya toplanışından və Andorra ilə görüşdən də söz açıb: “Almaniyaya da qələbə üçün gedirik. Lakin Andorranı zəif rəqib hesab etmək olmaz. Son seçmə mərhələdə də bu komanda bütün rəqibləri üçün əsl başağrısına çevrilmişdi. Ona görə də rəqibi qiymətləndirməmək sonra komandamıza baha başa gələ bilər”.
 
“Qarabağ”ın forvardı sonda bunları dilə gətirib: “Əlbəttə, Yaponiya ilə oyunumuz Andorra ilə qarşılaşmayla müqayisədə daha çətin keçəcək. Bu komanda Asiya kubokunun hazırkı sahibidi. Andorraya gəlincə, onları da məğlub etməyə çalışacağıq. Dubay toplanışı zamanı Sinqapur və Fələstinlə oyunlardakı uğursuzluqlar bu dəfə təkrarlanmayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.