22 may 2012 00:06
Superliqada yeni mövsüm nə vaxt başlayacaq?
Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün başlanacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, hələlik tam rəsmi qərar verilməsə də, artıq indidən 2012-2013 mövsümünün hansı tarixdə start götürəcəyi bəllidi.
Belə ki, Türkiyə Futbol Federasiyası gələcək mövsümün avqustun 10-da başlamasını planlaşdırır. Yeni mövsümün startı üçün 17 və ya 24 avqust variantları da nəzərdən keçirilir. Lakin milli komandanın proqramı ilə əlaqədar mümkün dəyişikliklərə görə ən erkən varianta üstünlük verilməsi gözlənilir. TFF klublardan hansısa etiraz olmayacağı təqdirdə məhz 10 avqust tarixini rəsmən açıqlamağa hazırlaşır. Yekun qərar qarşıdakı günlərdə klublarla birgə toplantıdan sonra çıxarılacaq.
