22 may 2012 12:08
Türk futbolçu komandasının məğlubiyyətinə pul qoyuluşu etdi, qovuldu
Almaniyada şok bir olayın üstü açılıb. Azerisport.az xəbər verir ki, aşağı Bundesliqada çıxış edən “Rot Weiss Essen”li türk oyunçu Güngör Kaya öz komandasının əleyhinə bukmeker kontoruna pul qoyuluşu etdiyi üçün cəzalandırılıb.
Almaniyanın 4-cü Bundesliqasında mayın 5-də keçirilən “Rot Weiss Essen” - “Borussia Dortmund II” oyunu böyük qalmaqala səbəb olub. Belə ki, dortmundluların 4:0 hesabıyla qələbə qazandığı görüşün nəticəsinin öncədən müəyyənləşdirildiyi iddia olunur.
Hətta iş o yerə çatıb ki, “Rot Weiss Essen”in türkiyəli futbolçusu Güngör Kaya da bu “fürsətdən” maksimum yararlanmaq eşqinə düşüb. Nəticədə o, bukmeker kontorunda komandasının məğlubiyyətinə pul da qoyub. Bunu sonradan həm Kaya, həm də komanda yoldaşları - Dirk Jasmund ilə Kevin Lemann da etiraf edib ki, həmin qarşılaşmada onkar “Borussia Dortmund”un qələbəsinə çalışıblar.
Məhz bu zəfər sayəsində “Dortmund II” çempionatı zirvədə tamamlayaraq 3-cü Bundesliqaya vəsiqə qazanıb. Bu komandanın bir xal gerisində qalan “Sportfreunde Lotte” isə həmin oyunun nəticəsinin öncədən razılaşdırıldığı barədə şikayət verib. Araşdırmalar nəticəsində məlumatın düzgünlüyü ortaya çıxıb. Adıçəkilən futbolçular dərhal “Rot Weiss Essen”dən qovulublar. Onların hər üçünə Almaniya Futbol Federasiyası tərəfindən ömürlük cəza veriləcəyi bildirilir. Belə ki, hər üç oyunçu bir daha bu qurumun bayrağı altında keçirilən yarışlarda çıxış edə bilməyəcəklər.
