22 may 2012 00:38

Böyükağa Hacıyev Antonio Konte və Fatih Terimlə birgə

Ötən mövsüm olduğu kimi, 2011/12 mövsümündə də Premyer Liqamızda çempion olan “Neftçi” bu uğuruna yerli baş məşqçiylə imza atdı. Azerisport.az xəbər verir ki, ötən mövsüm qızıl medalları Arif Əsədovla boynuna taxan “ağ-qaralar”ı bu dəfə eyni uğura Böyükağa Hacıyev daşıdı.
 
Maraqlıdı ki, Azərbaycanda olduğu kimi, Avropa ölkələrində də bu mövsüm yerli məşqçilərin hegemonluğu diqqət çəkir. Belə ki, UEFA-ya üzv olan 53 ölkənin 32-də artıq çempionlar bəllidi. Həmin 32 ölkədən də 21-nin çempionları ən güclü adını məhz yerli mütəxəssislərlə qazanıblar.
 
Məsələn, qardaş Türkiyədə “Galatasaray” çempionluğunu Fatih Terimlə qazandı. Böyük beşlik ölkələrindən İtaliyada “Juventus”, Almaniyada Dortmund “Borussia”sı, Fransada “Montpellier” də yerli mütəxəssislərin rəhbərliyi altında titula sahib çıxdı. İngiltərədə “Manchester City”, İspaniyada “Real”, Ukraynada “Şaxtyor”, Yunanıstanda “Olympiakos” isə əcnəbi mütəxəssislərlə istəyinə çatdı.
 
Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyə mətbuatı oxşar müqayisələri apararkən Azərbaycan çempionu ilə bağlı yanlışlığa yol veriblər. Belə ki, onlar “Neftçi”ni bu mövsüm Böyükağa Hacıyevin yox, Arif Əsədovun çempion etdiyini qeyd ediblər. Halbuki, Əsədov “ağ-qaralar”la ötən mövsüm bu uğura imza atmışdı və 2011/12 mövsümünün startı öncəsi istefa vermişdi.
 
Sonda çempion komandaların baş məşqçilərinin siyahısını diqqətinizə çatdırırıq:
 
Klub – Baş məşqçisi – Baş məşqçinin təmsil olunduğu ölkə
Galatasaray - Fatih Terim – Türkiyə
Juventus - Antonio Konte - İtaliya
Borussia (Dortmund) - Yürgen Klopp - Almaniya
Ajax - Frank de Bur - Hollandiya
Montpellier - Rene Jirar - Fransa
Porto - Vitor Pereyra - Portuqaliya
Dinamo (Zaqreb) - Ante Çaçiç - Xorvatiya
Anderlecht - Pyerre Leroy - Belçika
Slovan Liberec - Yaroslav Silhavi – Çexiya
Cluj - İoan Andone - Rumıniya
Debrecen - Elemer Kondas – Macarıstan
Vardar - İlço Gyorgioski - Makedoniya
Bangor City - Pauell Nevil - Uels
Hapoel Kir Shmona - Ran Ben Şimon - İsrail
AEL Limassol - Pambos Kristodulou – Kipr
Neftçi – Böyükağa Hacıyev – Azərbaycan
Zeljeznicar - Amar Osim – Bosniya və Herseqovina
Valletta - Leonard Farruqia - Malta
Slask - Orest Lençik – Polşa
Maribor - Darko Milaniç – Sloveniya
Lusitans - Viçens Markes - Andorra
 
Ölkəsindən kənarda çempionluq sevinci yaşayan mütəxəssislər isə aşağıdakılar olub:
 
Komanda – Baş məşqçi – baş məşqçinin ölkəsi – çempion olduğu çempionat
Manchester City - Roberto Mançini - İtaliya (İngiltərə)
Real - Joze Mourinyo – Portuqaliya (İspaniya)
Olympiakos - Ernesto Valverde - İspaniya (Yunanıstan)
Şaxtyor - Mirça Luçesku - Rumıniya (Ukrayna)
Salzburg - Rikardo Monis - Hollandiya (Avstriya)
Skenderdbeu - Stanislav Levo - Çexiya (Albaniya)
Dudelange - Didye Filip - Fransa (Lüksemburq)
Buducnost - Saşa Petroviç - Serbiya (Monteneqro)
Partizan - Avram Qrant - İsrail (Serbiya)
Zenit - Luçano Spalletti - İtaliya (Rusiya)
Celtic - Neyl Lennon - Şimali İrlandiya (Şotlandiya)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.