22 may 2012 00:53
Şahin Diniyev: Yaponlar səhvimizi bağışlamayacaqlar
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin Yaponiya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaponlar ciddi xalqdı, onlar hər işlərində dəqiqliyi sevirlər. Bizimlə oyunda maksimum nəticəyə oynayacaqlar. Aydın məsələdi ki, onların baş məşqçisi Alberto Zakkeroni qarşıdan gələn seçmə mərhələnin vacib oyunları öncəsi öz komandasının potensialını yoxlamağa çalışacaq. Düşünmürəm ki, yaponlardan güzəşt gözləməyə dəyər. Əgər biz səhv buraxsaq, meydan sahibləri onu bağışlamayacaqlar”.