23 may 2012 01:16
Andrey Mureşan: Avroviziyada Rumıniyaya azarkeşlik edirəm
“Xəzər Lənkəran”ın müdafiəçisi Andrey Mureşan Azərbaycanda təşkil olunan Avroviziya-2012 mahnı müsabiqəsində azarkeşlik edəcəyi ölkənin adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avroviziya vaxtı mən istirahətdə olacağam. Ona görə də bu müsabiqəyə baxmağa vaxtım olmayacaq. Bizim ölkəni təmsil edən qrupda - “Mandiqa”ya azarkeşlik edirəm. Onlara bu müsabiqədə uğurlu iştirak etməyi arzulayıram”.
