23 may 2012 13:47
Azarkeşlər Yaponiya ilə oyunda yığmamızdan uğur gözləmirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, millimizin Yaponiya ilə oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə siz də tanış olun.
Azarkeşlərimizin böyük əksəriyyəti bu qarşılaşmada millimizin uğur qazancağına inanmırlar. Belə ki, respondentlərin 52 faizi (213 səs) məhz Yaponiyanın qələbə qazanacağını düşünür.
Millimizin qələbə qazanacağını güman edənlər isə 32 faiz təşkil edirlər (132 səs). Yerdə qalan 16 faiz də (66 səs) bu qarşılaşmanın heç-heçə bitəcəyini düşünür.
