23 may 2012 14:08
Elxan Məmmədov FIFA-nın Konqresində
Mayın 24-də və 25-də, Macarıstanın paytaxtı Budapeşt şəhərində FIFA-nın 62-ci Konqresi keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən tədbirdə Azərbaycan da təmsil olunacaq.
Belə ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
