23 may 2012 14:58

Şahin Diniyev: Yaponiya ilə oyunda güzəşt gözləməyə dəyməz

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev bu gün keçiriləcək Yaponiya ilə sınaq matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Sizcə, ağır mövsümdən sonra Yaponiya ilə qarşılaşma futbolçularımız üçün nə dərəcədə ağır olacaq?
- Aydın məsələdi ki, bütün oyunçular təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorğundular. Yoldaşlıq oyunu onlar üçün çətin keçəcək. Amma bu, ciddi bir sınaqdı. Dünya çempionatının seçmə mərhələsinə artıq elə də çox vaxt qalmayıb. Məşqçilər korpusu futbolçuları mütləq iş başında görməlidilər. Uşaqlar da formada olmalıdılar.
 
- Yaponiya yığması barədə nə deyərdiz?
- Yaponların güclü yığması var, heyətlərində xeylu ulduz futbolçular çıxış edir. Bu futbolçular artıq öz sözlərini Avropada deyiblər. Yaponiyanı Andorra və ya Lixtenşteyn kimi komandalarla müqayisə etməyə dəyməz. Heyətindəki bütün futbolçular böyük təcrübəyə malikdilər. Onların elə DÇ-də çıxış etməsi çox şeydən xəbər verir. Asan oyun olmayacaq. Yaponiya ilə oyun yığmamıza çox şey öyrədəcək.
 
- Sizcə, bu oyunda nəticə çox vacibdi?
- Mən yoldaşlıq oyunlarından nəticəni vacib hesab etmirəm. Ümumiyyətlə hesab edirəm ki, məşqçilər korpusu indi daha çox seçmə mərhələ üçün heyəti formalaşdırmaq haqda düşünməlidi. Yaponiyaya uduzmaq olar, amma layiqli oyun sərgiləmək lazımdı. Prinsipcə, qələbə bizə heç nə verməyəcək. Əsas odu komandadakı problemləri görə bilək.
 
- Yaponiyalı ulduzların yığmamızla oyuna ciddi yanaşacağını düşünürsüz?
- Yaponların mentaliteti elədi ki, onlar hansısa oyuna qeyri-ciddi yanaşa bilməzlər. Buna görə də onlar Azərbaycanla oyuna ciddi yanaşacaqlar. Özü də “samuraylar”ın baş məşqçisi Alberto Zakkeroni DÇ-in seçmə mərhələsi öncəsi əlindəki materialı Futbolçular da özlərini göstərməyə çalışacaqlar. Güzəşt gözləməyə dəyməz. Əgər çoxlu səhv buraxsaq, rəqib bunları bağışlamayacaq.
 
- Yaponiya millisinin oyun üslubu haqda nə deyərdiz?
- Yaponiya yığması Asiyada ən güclülərdən biridi. Onların aparıcı oyunçuları Avropada çıxış edirlər. Bu üzdən onların oyununda bir sintez mövcuddu. Bizim xüsusilə yarımmüdafiə xəttimiz bu görüşə hazır olmalıdı. Düşünürəm ki, Yaponiyanı oyun üslubuna seçmə mərhələdəki rəqiblərimizdən İsraillə eyniləşdirmək olar. Futbolçuları dinamik, texnikalı oyuna üstünlük verirlər. Bəzi elementlərinə görə Portuqaliya yığmasına oxşarlıqlar da tapmaq olar. Fikrimcə, yaponlarla oyun bizim üçün çox faydalı olacaq.
 
- Yaponiyadan sonra Andorra ilə də qarşılaşmalıyıq...
- Bu rəqib bizim səviyyəmizdədi. Onların heyətində artıq Kaqava, Honda kimi futbolçular yoxdu. Müsbət keyfiyyətlər azdı. İkinci oyunda daha çox qələbə vacib olacaq ki, komandadakı əhval-ruhiyyəni yaxşılaşdırsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.