23 may 2012 16:37
Rəşad Abdullayev Qəbələ yolunda
“Neftçi” ilə yollarını ayırmaq məcburiyyətində qalan Rəşad Abdullayev özünə yeni iş yeri axtarmağa davam edir. Azerisport.az xəbər verir ki, o, karyerasını “Qəbələ”də davam etdirə bilər.
Bölgə təmsilçisi də onunla danışıqlar stolu arxasına oturmağa hazır olduğunu inkar etmir. Lakin bu transfer üçün son söz komandanın türkiyəli baş məşqçisi Fatih Kavlaka məxsusdu. O, razı olacağı halda Abdullayevin karyerasını “Qəbələ”də davam etdirməsi istisna deyil.
