23 may 2012 16:57
Neftçi məşqçilərini Avropaya göndərir
Azərbaycan çempionu “Neftçi”nin məşqçiləri Avropaya gedir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun məşqçiləri Bəxtiyar Musayevlə Kamal Quliyev bir sıra ölkələrdə olacaqlar.
Onların bu səfərində əsas məqsəd lazımı mövqelərə yeni oyunçular bəyənib seçməkdi. “Ağ-qaralar” yeni legionerlərlə bağlı seçimlərini edərkən bu məşqçilərin rəylərinə əsasən qərar verəcəklər.
