23 may 2012 17:55
Vaqif Sadıqov: Yığmamız ustalıq səviyyəsinə görə Yaponiyadan geri qalır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov futbol üzrə Azərbaycan yığmasının Yaponiya ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaponiya ilə qarşılaşmada biz millimizin ifasında parlaq gələcək vəd edən oyunu görə bilmədik. Baxmayaraq ki, bunun bir sıra obyektiv səbəbləri də var. Məsələn, yorucu səfər komandanı əldən salmışdı, futbolçular ağır mövsümdən çıxmışdılar, rəqib güclü idi, saat fərqi var idi. Təbii ki, ustalıq səviyyəsinə görə yaponlardan geri qalırıq və bu, oyunda da üzə çıxdı. AZAL-ın futbolçusu Aqil Nəbiyevə gəlincə, o, sona qədər döyüşdü. Həm uğurlu, həm də uğursuz məqamlar var idi. Öz oyununu sərgiləyə bildi. Qalan şeyləri isə onunla görüşəndə özünə deyəcəm”.