23 may 2012 18:38
Alberto Zakkeroni: Azərbaycanla oyuna son dərəcə ciddi önəm verirdik
Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni bu gün Şizuoka şəhərində keçirilmiş Azərbaycan ilə yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 2:0 hesablı qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Bu oyuna son dərəcə ciddi önəm verirdik. Çünki Asiya ilə müqayisədə, Avropada daha sürətli futbol oynayırlar. Rəqibin heyətində ucaboy futbolçuların çoxluğu işimizi bir qədər çətinə salsa da, komanda tapşırıqlarımı yerinə yetirə bildi. Ümid edirəm ki, bu qələbə sayəsində əhval-ruhiyyəmiz artacaq və bu, növbəti oyunlara müsbət təsir göstərəcək. Dəvətimizi qəbul etdiyinə görə Azərbaycan millisinə minnətdarlığımı bildirir və qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
