23 may 2012 18:43
Foqts: Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdı
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Şizuoka şəhərində keçirilmiş Yaponiya ilə yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın 0:2 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə rəqib, fasilədən sonra isə biz sürətli oynadıq. Yaponiya futbolu son illər çox inkişaf edib. Bizdən fərqli olaraq, onların bir çox futbolçusu Avropa klublarında çıxış edir. Bu mənada, rəqibimizin heyətində yaxşı futbolçu çoxdur. Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdı. Bundan sonrakı oyunlarda da onlara uğurlar arzulayıram. Bizim hədəfimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatı olduğu üçün heyətdə daha çox gənclərə yer verməyə çalışırıq”.