23 may 2012 19:16
Və Georgi Adamiya rəsmən İnterdə!
“İnter” növbəti transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, “bankirlər” “Qarabağ”ın keçmiş futbolçusu Georgi Adamiya ilə razılığa gəlinlər.
Bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Bununla bağlı yayılan rəsmi məlumatda bildirilir ki, futbolçu klubla bir illik müddətə müqavilə imzalayıb.
Qeyd edək ki, “İnter” heyətin gücləndirilməsinə yönəlmiş seleksiya fəaliyyətini davam etdirir. Komandanın eyni zamanda “Sumqayıt”dan Ramil Həşimzadə ilə də razılığa gəldiyini qeyd edək. Bundan əlavə AZAL-dan Tales Şützün də “İnter”ə keçəcəyi gözlənilir.
