23 may 2012 11:25

Ruslan Əmircanov: Biz də Yaponiya yığmasını məğlub edə bilərik

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Yaponiya ilə bu gün keçiriləcək yoldaşlıq oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.
 
- Gözləyirdiz ki, mövsümün yekunlarına görə milliyə dəvət olunarsız?
- Gözləyirdim. Baş məşqçi mənim klubdakı çıxışımı görürdü və buna görə də yığmaya çağırmağa qərar verdi. O, həmişə məni dəstəkləyib. Mən hərdən Foqtsdan inciyirdim. Lakin o, mənə deyirdi ki, klubda daimi oynamaq lazımdı. O, mənə inanırdı. Bu oyunlarda meydana çıxıb-çıxmayacağımı hələ bilmirəm. Amma komandaya kömək etmək istəyirəm. Əsas heyətin daimi üzvü olmaq istəyirəm.
 
- Ümumiyyətlə, mövsümün sonunda yoldaşlıq oyunu keçirməyə necə baxırsız?
- Berti Foqts komandanı bir araya gətirib ki, futbolçular oyun təcrübəsini itirməsinlər. Mən bu istirahəti boşa verilmiş saymıram. Hətta başqa oyunçular istirahətdə olsalar da belə. Bu, DÇ-2014-ün seçmə mərhələsi öncəsi vacib mərhələdi. Biz də bu mərhələni Yaponiya və Andorraya qarşı yoxlama oyunlarıyla keçirmək istəyirik. Şadam ki, komandamızda mənə də yer tapılıb.
 
- Ağır mövsümdən sonra qüvvə qalıb?
- Əlbəttə, istirahət etmək istərdim. Amma mən 10 gün yata, Antalyada yeməklə məşğul olmazdım. Ən azından məşq edərdim. Bakı-Frankfurt-Şizuoka-Frankfurt-Bakı marşrutu heç də asan deyil. Lakin yığma üçün buna dəyər.
 
- Yaponiya yığması barədə nə deyərdiz?
- Mətbuatdan aldığımız informasiyalardan da görünür ki, rəqib bizimlə oyuna ciddi hazırlaşır. Özlərinin ən güclü heyətlərini toplayıblar. Bizi çox çətin oyun gözləyir. Onların futbolçuları Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Rəqib bizim ən kiçik səhvimizi də bağışlamayacaq. Lakin biz baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilsək, uğur qazana bilərik. Özbəkistan bu komandanı səfərdə yenə bilmişdi. Biz özbəklərə heç nədə uduzmuruq və düşünürəm ki, yığmamız da eyni uğuru təkrarlaya bilər.

 
- Sizin komanda yoldaşınız Bahodir Nasimov da Özbəkistan yığmasında çıxış edir. O, bu rəqiblə bağlı sizə söhbət açıb?
- Dəfələrlə. Bu, Özbəkistanın Yaponiya üzərində ilk qələbəsiydi. O da deyirdi ki, rəqib çox güclüdü. Nasimov bizə də çətin olacağını bildirirdi. Amma biz bütün bunları özümüz də yaxşı başa düşürük.
 
- Siz həmişə qələbədən danışırsız. Bu oyunda nəticə nə dərəcədə vacibdi?
- Hər kəs qələbə qazanmaq istəyir. Eləcə də mən. Nəticə həmişə vacibdi. Hər məğlubiyyət məşqçilər və futbolçulara pis təsir göstərir. Yaponiya ilə oyunda qazanılacaq qələbə də psixoloji cəhətdən bizə çox kömək edə bilər.

- Təsadüfən yapon dilində sözlər öyrənməmsiz?
- (gülür) Öyrənmişəm. Necə salamlaşmaq, sağollaşmaq, təşəkkür etmək lazım gəldiyini bilirəm. Necə çörək, su, çay istəmək lazım olduğunu da öyrənmişəm. Amma çox çətin dilləri var. Yəqin ki, bu səfərimizdən sonra daha çox söz bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.