23 may 2012 11:38
Berti Foqts: Portuqaliya millisinin bütün oyunlarını izləyəcəyik
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların oyunları ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“AÇ-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəyik. Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm. Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdi. Mayın 26-da keçiriləcək Çexiya – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya – İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm”. (AFFA)
