23 may 2012 11:47
Bakının müdafiəçisi Polşada fərqləndi
Futbol üzrə Latviya yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Aleksandr Starkov yetirmələrini Polşa ilə sınaq matçına çıxarıb.
Qarşılaşma 1:0 hesabıyla polyakların xeyrinə başa çatıb. Latviya yığmasının heyətində “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə “Bakı”nın müdafiəçisi Denis İvanov 90 dəqiqə meydanda olublar. “Zolaqlılar”ın müdafiəçisi hətta sarı vərəqə almaqla da “fərqlənib”.
