23 may 2012 12:24
Yaponiya – Azərbaycan matçında ən azı 35 000 azarkeş
Futbol üzrə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununa 35 000 bilet satılıb. Azerisport.az xəbər verir ki, oyun saatına qədər bütün biletlərin satılması da istisna olunmur.
Bu, baş verəcəyi halda qarşılaşmada anşlaq da gözlənilir. Maraq üçün qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi “Ekopa” stadionu 42 000 azarkeş tutumuna malikdi.
Yaponiya – Azərbaycan oyunu bu gün Şizuoka şəhərində keçiriləcək və Bakı vaxtı ilə 15:15-də start götürəcək.
