23 may 2012 12:45
Ruslan Abışov Almaniya, Türkiyə və Polşa klublarının hədəfində
Azərbcaycan çempionu “Neftçi” əsas futbolçularından biri Ruslan Abışovu da itirə bilər. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan müdafiəçinin paytaxt klubu ilə müqaviləsinin müddəti artıq başa çatıb.
Bu üzdən də Abışov hazırda azad agent kimi istədiyi kluba keçə bilər. Yeri gəlmişkən, onun xidmətində bir sıra klublar maraqlıdı. Əldə etdiyimiz məlumata görə, bunlardan biri Türkiyənin “Antalyaspor” klubudu. Eyni zamanda iki Almaniya klubu, eləcə də bir Polşa təmsilçisi də Abışovun xidmətində yaxından maraqlıdı.
Qeyd edək ki, millimizin üzvünün aqibətinə mayın 30-da keçiriləcək Andorra ilə görüşdən sonra aydınlıq gəlməlidi. Almaniyada keçiriləcək həmin görüşü Abışovla maraqlanan klubların nümayəndələri də izləyəcəklər.
