23 may 2012 00:35
“Avroviziyada Albaniyaya azarkeşlik edəcəm, Azərbaycana isə finalda uğurlar arzulayıram”
Futbol üzrə Albaniya yığmasının və “Qarabağ”ın müdafiəçisi Admir Teli Azərbaycanda təşkil olunan Avroviziya-2012 mahnı müsabiqəsində azarkeşlik edəcəyi ölkənin adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mümkündü ki, müsabiqəni tam olaraq izləyə bilmədim. Amma mən istənilən halda Albaniyanın təmsilçisinə azarkeşlik edəcəm. Ümid edirəm ki, o, özünü yaxşı tərəfdən göstərə biləcək. Eyni zamanda Azərbaycana da finalda uğurlar arzulayıram”.