24 may 2012 13:02
Son mövsümün qalibləri mükafatlarını avrokuboklardan öncə alacaqlar
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün qaliblərinin mükafatlandırma mərasiminin vaxtı hələ də dəqiqləşməyib. Azerisport.az xəbər verir ki, böyük ehtimalla bu mərasim avrokuboklardan öncə gerçəkləşəcək.
Hazırda bütün klublarımızın legionerləri vətənlərində istirahətdədilər. Amma avrokubokların startı öncəsi onlar yenidən Bakıya toplaşacaqlar. Peşəkar Futbol Liqası da mövsümün qaliblərini məhz həmin ərəfədə təltif etmək istəyir. Dəqiq tarix bir müddət sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, son mövsümün yekunlarına görə “Neftçi” qızıl, “Xəzər Lənkəran” gümüş, “İnter” isə bürünc medalların sahibidi.
