24 may 2012 13:47
“Biz indi normal futbol sərgiləyə bilmiriksə, necə AÇ-2016 barədə düşünə bilərik”
“Sumqayıt”ın yarımmüdafiəçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının Yaponiya ilə oyunundan (0:2) danışıb, komandasının çıxışını dəyərləndirib, öz karyerası ilə bağlı fikirlərini açıqlayıb.
- Yaponiya – Azərbaycan oyunu ilə bağlı nə deyərdiz?
- Oyunu izlədim. Amma sona kimi yox. Mənə elə gəlir ki, uşaqlar yorğun idilər. Motivasiya da yox idi. Yəqin ki, Yaponiyaya uzun sürən səfər futbolçuları lap əldən salmışdı. Yığmamızın üzvləri bu oyunda çoxlu səhvlərə yol verdilər. Rəqib daha çox qol vura bilərdi. Hələ ilk yarıdan da görünürdü ki, futbolçularımız rəqiblə bacarmırlar. İlk dəqiqələrdən üstünlüyü Yaponiyaya verdilər. Düşünürdüm ki, yaxşı oyun sərgiləyərik. Amma yığmamız yenə məni məyus etdi.

- Sizcə, Yaponiya güclü oyun sərgilədi, yoxsa yığmamız zəif təsir bağışladı?
- Yaponiya yığmasında güclü legionerlər çıxış edir. Aydın məsələdi ki, rəqib Asiyanın ən güclülərindən biridi. Amma ən azından heç-heçə etmək olardı. Təəssüf ki, meydanda bir komanda var idi. Yaponiya heç də ən yaxşı oyunlarından birini sərgiləmədi. Amma bu da onlara yığmamızı yenmək üçün yetərli oldu. Çünki biz rəqibi qətiyyən təzyiq altında saxlaya bilmədik. Futbolçular arasında səviyyə fərqi görünürdü. Onlar top saxlamaqla oyuna tam diqtə edən tərəf idilər. Mən oyun ərzində yığmamızın bir dənə də olsun normal hücumunu görə bilmədim.

- Hesab edirsiz ki, yığmamızın hücum xəttində problem var?
- Bu, yığmamızın ən böyük problemlərindən biridi. Yaponiya ilə oyunda hücumçulara sadəcə top gəlmirdi. Top gələndə də onlar tələsirdilər və hücumu necə davam etdirəcəklərini bilmirdilər. Yaponiyaya qarşı daha layiqli oyun sərgiləmək olardı. Amma yaponlar bizi xüsusi çətinlik çəkmədən yendilər. Yaxşı ki, hələ qapıda Kamran Ağayev durmuşdu. O, bir neçə epizodda komandanı qoldan xilas etdi. Əks halda darmadağın qeydə alınacaqdı.

- Yığmamızın baş məşqçisi Berti Foqts bildirib ki, bizim əsas məqsədimiz AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaqdı...
- UEFA bəyan edib ki, növbəti Avropa çempionatlarında komandaların sayı artırılacaq. AÇ-2016-ya hələ qalır. Həmin vaxta qədər komandanı tam olmasa da, dəyişmək və gücləndirmək olar. Əgər o, belə deyibsə, deməli, hansısa planları var. Həmin vaxta kimi güclü komanda formalaşdırmaq olar. Amma bu, real deyil. Əgər biz indi normal futbol sərgiləyə bilmiriksə, necə AÇ-2016 barədə düşünə bilərik?
- Qarşıda yığmamızı Andorra ilə də qarşılaşma gözləyir...
- Zəif rəqibdi. Əlbəttə, onlar da futbol oynamağı bacarırlar. Amma buna baxmayaraq, yığmamız Andorranı problemsiz məğlub etməlidi. Rəqibin heyətində aşkar lider yoxdu ki, komandanı arxasınca apara bilsin. Lakin arxayınlaşmaq da olmaz. Çünki onlar da yaxşı nəticə qazanmaq istəyirlər. Uşaqlar Almaniyadan Andorra üzərində qələbə ilə qayıtmalıdırlar. Bəlkə o zaman Yaponiya məğlubiyyətini unuda bildik.
- “Sumqayıt”ın debüt mövsümündəki çıxışı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı...
- Mənim “Sumqayıt”la müqaviləmin müddəti başa çatıb və hələlik yeni təklif almamışam. Komandanın da elitadakı gələcək taleyi hələlik müəyyənləşməyib. Digər klublardan da dəvət gözləyirəm. Yenə oynamaq istəyirəm. “Sumqayıt”a gəlincə, bu komanda Premyer Liqada qalsa, növbəti mövsüm daha çətin sınaq gözləyir. Geridə qalan mövsümdə komanda istəyinə nail ola bilmədi. Lakin növbəti mövsümdə bundan da yaxşı çıxış etmək olar. Gənclər öz sözlərini deməlidilər. Çünki onlar artıq müəyyən təcrübə də toplayıblar.