24 may 2012 14:33
Növbəti mövsümdən ikinci altılığın lideri Avroliqaya vəsiqə qazana bilər
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2012/13 mövsümündə ikinci altılığın oyunları fərqli sistemlə keçirilə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O, bildirib ki, yeni sistemin tətbiq olunması ikinci altılığın daha maraqlı keçirilməsi üçündü. Çünki altılıq mərhələsi başladıqdan sonra elitada qalmaq uğrunda mübarizə aparan klublar arasındakı görüşlər o qədər də azarkeşlərin marağına səbəb olmurdu.
Yeni mövsümdə isə ikinci altılıq klubları üçün də böyük stimul olacaq. Belə ki, ikinci altılığın lideri olacaq komanda ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazana bilər. Bunun üçün həmin komanda ilk altılıq çərçivəsində Avroliqaya son vəsiqənin sahibi ilə pley-off oyunu keçirmək hüququ qazanacaq. Məhz həmin pley-off matçlarında qalib gələcək komanda Azərbaycanı Avroliqada təmsil etmək hüququna yiyələnəcək. Lakin hələlik bu ideyanın tətbiq olunub-olunmayacağı tam dəqqiləşməyib.
