24 may 2012 14:56
Ramin Musayev: Bu, 49 yaşıma əsl hədiyyə oldu
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, “Xəzər Lənkəran”ın altı xalının FİFA tərəfindən bərpa olunması onun üçün böyük sevincə səbəb olub. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı danışarkən bunları dilə gətirib:
“Həmin gün mənim 49 yaşım tamam olurdu. FİFA-nın həmin qərarı da mənim üçün əsl hədiyyə oldu. Bununla həm də haqq-ədalət öz yerini tapdı. Çünki futbolçuların əziyyəti hədər gedə bilərdi. Halbuki, onların heç bir günahı yox idi”.