24 may 2012 15:17
Rəşad Sadıqov: Yaponiyaya məğlubiyyətdə biabırçı heç nə yoxdu
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov millimizin ötən gün Yaponiyaya qarşı keçirdiyi oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Mən oyuna baxa bilmədim. Çünki qaldığım oteldə AzTV göstərmir. Ancaq qol epizodlarını görmüşəm. Oyunu da ancaq həmin epizodlara əsasən şərh edə bilərəm. Bütövlükdə, kimə qarşı oynadığımızı nəzərə alsaq, nəticəni o qədər də pis hesab etmirəm. Yaponiya güclü komandadı. Özü də yığmamızı doğma meydanda qəbul etdilər. Odu ki, yaponlara məğlubiyyətdə biabırçı heç nə yoxdu yoxdu. Lakin mövsümü yaxşı əhval-ruhiyyədə bitirmək üçün Andorra ilə qarşıdakı oyunda qələbə qazanmaq lazımdı. İnanıram ki, belə də olacaq”.

Qeyd edək ki, Sadıqov zədə səbəbindən yığmamızın düşərgəsində deyil və hazırda Türkiyədə müalicə olunur.