24 may 2012 15:51

“Barselona, Real və Milanı da Qəbələyə gətirəcəyik”

Qəbələ Futbol Akademiyasının fəaliyyət göstərdiyi 4 ildə gördüyü işlər göz qabağındadı. Azerisport.az xəbər verir ki, akademiyada Azərbaycan futbolunun uğurlu gələcəyini təmin edəcək futbolçular yetişir, komandaları ölkə çempionatarlında yaddaqalan çıxış edir, beynəlxalq turnirlərdə ölkə futbolunu təmsil edirlər.
 
Bunda “Qəbələ” klubunun rəhbərliyi ilə yanaşı, akademiyanın direktoru Ali Yavaşın da əməyi böyükdür. “Qalatasaray”da uşaq futbolunda gördüyü işlərlə tanınan, Arda Turan başda olmaqla, bir sıra tanınmış futbolçuları yetişdirən təcrübəli türkiyəli mütəxəssis 2008-ci ildən “Qəbələ”mizin uğurları üçün çalışır. Bu mənada, onun uşaq futbolunun inkişafına xidmət edən “I Qəbələ Kuboku” turniri ilə bağlı fikirlərini bilmək maraqlı idi. 
 
- Turnir ilk dəfə keçirilir və ənənəvi olacaq. Bundan sonra bu yarışı hər il təşkil edəcəyik. “I Qəbələ Kuboku” bu yöndə çalışmalarımızın ilki, gördüyümüz işlərin çox önəmli hissəsidir. Ona görə də təşkilati işlərə çox həssas yanaşmış və turniri yüksək səviyyədə təşkil etməyə çalışmışıq. Uşaqlarımıza çox faydalı olacağına inandığımız üçün bu turnirin davamlı olmasına çalışırıq. Növbəti illərdə daha güclü və tanınmış komandaları Qəbələyə gətirəcəyik. “Barselona”,  Madrid “Real”ı və “Atletiko” klubları ilə yaxşı əlaqələrimiz var və bundan istifadə edəcəyik. İtaliyadan “Milan”la “Yuventus”u dəvət edəcəyik. İlk turniri yüksək səviyyədə keçirmək lazımdır ki, bundan sonra daha məşhur, dünya və Avropa səviyyəsində olan klubların komandalarını Azərbaycana gətirək.
 
- Təşkilatçı “Qəbələ”nin bu turnirin təşkilində əsas məqsədi nədir? 
- Əsas məqsədimiz Qəbələ Futbol Akademiyasında təlim görən uşaqlarımın futbol bilgilərini, təsəvvürlərini genişləndirmək, inkişaf etdirməkdir. Onlar əcnəbi yaşıdları ilə bilavasitə təmasda olacaq, onları yaxından görüb, tanıyacaqlar. Avropalıların necə oynadıqlarını görəcəklər. Bu, gənc azərbaycanlı futbolçuların inkişafı üçün çox önəmlidir. 
 
- “Qəbələ” – “Qalatasaray” matçı şəxsən sizin çox maraqlı olmalıdır...
- Bəli, maraqlı oyun gözləyirik. Bu matçı Türkiyədə “Qalatasaray TV” canlı yayınlayacaq. Azərbaycanda turnirin oyunları isə “İdman Azərbaycan” vasitəsi ilə futbolsevərlərə göstəriləcək. Düşünürəm ki, turnir çərçivəsində çox maraqlı matçlar izləyəcəyik. 
 
- Bəs gələcəkdə Türkiyənin digər məşhur klublarından olan “Fənərbaxça” və “Beşiktaş”ı turnirə dəvət edəcəksinizmi? 
- Bəli. Hər il Türkiyənin bir  komandasını Qəbələyə gətirəcəyik. Bu il “Qalatasaray”ı dəvət etdik. Növbəti illərdə “Fənərbaxça” və “Beşiktaş”a dəvət göndərəcəyik. Gələcəkdə iştirakçı komandaların sayını artırmaq fikrindəyik.  Buna görə təşkilatçılığın yaxşı səviyyədə olmasına çalışırıq. İnanıram ki, xaricdən gələn komandalar “Qəbələ”ni, bizim turniri çox bəyənəcəklər. Mənim bu məsələdə “Qalatasaray”da işlədiyim dövrdən böyük təcrübəm var. İstəyimiz budur ki, “Qəbələ Kuboku”nu bölgədə ən məşhur turnirlərdən birinə çevirək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.