24 may 2012 16:11
Potensial rəqibindən Neftçiyə məktub
Cari mövsümdə Polşa çempionu olmuş "Slask" Vrotslav klubu "Neftçi"yə məktub göndərib. Azerisport.az xəbər verir ki, klubun prezidenti Pyotr Vasnievskinin imzası ilə göndərilmiş məktubda deyilir:
"Çempionluq münasibətilə "Slask" Vrotslav klubuna göndərdiyiniz təbrik məktubuna görə minnətdarlığımızı bildiririk. Avrokuboklarda klubunuzla nüfuzlu bir oyun keçirməyi ümid edirik".
Xatırladaq ki, Polşanın "Slask" Vrotslav klubu "Neftçi"nin Çempionlar Liqasındakı potensial rəqibləri sırasındadı.
