24 may 2012 17:26
Qəbələdəki turnirin açılış matçı GS TV-də canlı yayımda
I Qəbələ Kuboku ölkə daxilində olduğu qədər ölkə xaricində də maraqla qarşılanıb. Azerisport.az xəbər verir ki, Turnirdə Avropanın tanınmış klublarının iştirak etməsi sözügedən birinciliyə diqqəti artırıb.
Açılış matçının – “Qəbələ” - “Galatasaray” qarşılaşmasının Türkiyənin ən çox izləyiciyə malik klub televiziyasında canlı yayımlanması da bu marağa bariz nümunədi. Futbolsevərlər iyunun 31-də, saat 19:00-da baş tutacaq qarşılaşmanı “Galatasaray”a məxsus GS TV vasitəsilə də izləyə biləcəklər.
