24 may 2012 17:54
“Azərbaycanda xoşbəxtəm və uzun illər burda qalmaq istəyirəm”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak vətənində istirahətdə olsa da, yerli mətbuat onu rahat buraxmır. Azerisport.az xəbər verir ki, “goal.com”un Türkiyə bürosu ölkəmizdə fəaliyyət göstərən mütəxəssisin gələcək planları ilə bağlı açıqlama alıb.
“Qəbələ”nin çalışdırıcısı həmin müsahibəsində bunları dilə gətirib: “Ən azı 1 il daha “Qəbələ”də qalmağı düşünürəm. Klubun imkanları olduqca yaxşıdı. Gələn mövsüm çempionluğa oynayacaq bir komanda yaratmaq üçün çalışırıq. Transfer siyahımı rəhbərliyə vermişəm. Bu yöndə də fəaliyyətimizi davam etdiririk. Siyahımızda TFF birinci liqasında oynayan əcnəbi bir futbolçu da var”.
Kavlak karyerasını öz ölkəsində davam etdirmək şanslarına da toxunub: “Hər hansı bir Türkiyə klubundan təklif almamışam. Amma futbol hər yerdə futboldu. Mən Azərbaycanda xoşbəxtəm. İndi sadəcə qarşıdakı mövsümü düşünsəm də, uzun illər burda qalmağı istərdim”.
