24 may 2012 19:23
Rəşad Sadıqov: 3-4 günə Bakıya qayıdacağam
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov zədəsinin hazırkı durumu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Müalicəm normal keçir. 3-4 gündən sonra Bakıya qayıdacağam. Ondan sonra bərpa prosesi Bakıda davam edəcək. Məşqlərə isə iki həftədən sonra başlaya biləcəyəm. Amma həmin məşqlər də yüngül rejimdə olmalıdı”.