25 may 2012 00:24
Xaqani Məmmədov: Hakim hara, dopinq hara?
FİFA hər oyundan sonra hakimlər arasında da dopinq test keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu bununla ədalət təmsilçilərinin də istifadəsi qadağan olunmuş maddələrdən yararlanmasına mane olmaq məqsədi güdür.
Biz isə bu məsələyə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun münasibətini öyrənmək qərarına gəldik. Saytımıza müsahibəsində o, bunları söyləyib:
“Fikrimcə, bu, azərbaycanlı hakimlər üçün heç bir problem yaratmayacaq. Böyük ehtimalla baş hakimləri sınaqdan keçirəcəklər. Amma ehtiyat hakimlərin də dopinq testdən keçirilməsi mümkündü. Mənim fikrimcə isə ümumiyyətlə hakimlərin dopinqə ehtiyacı yoxdu. O, hətta özünü yaxşı hiss etməsə, meydana çıxmamaq hüququ var. Çünki onu əvəzləyə biləcək ehtiyat hakim olur”.
