24 may 2012 00:36
Yığmamız Almaniyada qələbə qazandı
Almaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin yetirmələri Almaiyanın “Eintracht” (Frankfurt) klubunun U-23 komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma millimizin qələbəsiylə başa çatıb. Belə ki, Eşqin Quliyev və Abdulla Abatsiyevin vurduğu qollar sayəsində yığmamız 2:1 hesabı ilə qələbəyə sevinib.
