24 may 2012 00:48
Bakını Avropa Liqasının püşkatmasında kimin təmsil edəcəyi dəqiqləşdi
“Bakı”nın Avropa Liqasının yeni mövsümünün ilk püşkatmasında kimin təmsil edəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA-nın İsveçrədə - Nyon şəhərində təşkil edəcəyi tədbirdə “zolaqlılar” klubun baş meneceri Zeynal Məmmədovla təmsil olunacaqlar.
Paytaxt klubunda belə hesab edirlər ki, Məmmədov püşkatmaya qatılsa, o zaman “Bakı”ya münasib rəqib düşəcək.
Maraq üçün qeyd edək ki, sözügedən püşkatma mərasimi iyunun 25-də keçiriləcək. “Bakı” Avropa Liqasına Azərbaycan kubokunun qalibi kimi qatılmaq hüququ qazanıb.
