24 may 2012 12:48
Ramin Musayev: Onlar qeyri-peşəkar hərəkət edirlər
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionun çempionu “Qaradağ Lökbatan”ın Premyer Liqaya buraxılmamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qaradağ Lökbatan” qeyri-peşəkar hərəkət edir. Niyə onlar indiyə qədər hələ də sənədlərini qaydasına salmayıblar? Əgər onların lisenziyası olmasa, Premyer Liqada çıxış edə bilməyəcəklər.
“Qaradağ Lökbatan” qeyri-peşəkar hərəkət edir. Niyə onlar indiyə qədər hələ də sənədlərini qaydasına salmayıblar? Əgər onların lisenziyası olmasa, Premyer Liqada çıxış edə bilməyəcəklər.
Deyirlər ki, “Sumqayıt” AFFA-nın klubudu. Onda niyə bu komanda sonuncu pilləni tutdu? “Turan”a gəlincə, bu komandanın yetirmələrinə ölkənin hər bir klubunda rast gəlmək olar. Elə isə niyə onlar elitada qalmamalıdılar? Özü də onların yerini tutmaq istəyən klubların lisenziya ilə bağlı problemləri var”.
