24 may 2012 12:53
Xəzər Lənkəranın futbolçusu Rumıniya kubokunu qazandı
“Xəzər Lənkəran”ın yeni transferi Manuel Skarlatake Buxarest “Dinamo”sunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Lənkəran klubu ilə razılığa gələn rumın futbolçu kubokun finalında meydana çıxıb.
“Rapid”lə matçın start heyətində yer alan Skarlatake 90 dəqiqə meydanda olub. Oyun isə onun komandasının qələbəsi ilə yekunlaşıb – 1:0. Matçın yeganə qoluna 58-ci dəqiqədə elə Skarlatake imza atıb.
