24 may 2012 00:55
Abışov, Çertonqanov və Əliyev yığmamızın ən yaxşıları seçildi
Yaponiya mətbuatı ötən gün keçirilən Yaponiya – Azərbaycan matçında komandamızın ən yaxşı futbolçularının adlarını açıqlayıblar. Azerisport.az xəbər verir ki, yapon həmkarlarımız bu mənada üç futbolçunu daha çox fərqləndiriblər.
Belə ki, yaponlar müdafiəçi Ruslan Abışovu, yarımmüdafiəçi Aleksandr Çertoqanovu, eləcə də Rauf Əliyevi Azərbaycan yığmasının heyətində ən yaxşılar kimi fərqləndiriblər. Bu futbolçuların hər birinə 5,5 ballıq qiymət verilib.
Xatırladaq ki, sözügedən qarşılaşma Yaponiya yığmasının 2:0 hesablı qələbəsiylə başa çatıb.
