25 may 2012 00:44
Aleksandr Şoliç: Qoy yenə də Azərbaycan qalib gəlsin
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Azərbaycan keçirilən Avroviziya-2012 mahnı müsabiqəsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən kubokun “Neftçi” ilə final oyunundan dərhal sonra Xorvatiyaya qayıtmışam. Təəssüf ki, Bakıda qala bilmədim. Bu üzdən də Avroviziyaya televizordan baxacağam. Yenə Azərbaycana azarkeşlik edəcəm. İlk dəfə “Crystall Hall” sarayını görəndə başa düşmüşdüm ki, bu mahnı müsabiqəsi yaxşı alınacaq. Qoy yenə Azərbaycan qalib gəlsin. Elə olsa, gələn il mütləq bu müsabiqəyə baş çəkəcəyəm”.