25 may 2012 13:25
Millimiz bu gün Almaniyada test verəcək
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün tibbi test verəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Frankfurtda toplanışda olan Səlahət Ağayev, Bədavi Hüseynov, Hacı Əhmədov, Amit Quluzadə, Murad Ağayev və Araz Abdullayev də testdə iştirak edəcək. Testdən sonra adları qeyd olunmuş futbolçular U-21-in düşərgəsinə dönəcək.
