25 may 2012 14:16
Bakı iki futbolçusu ilə yollarını ayırır
Futbol üzrə Azərbaycan kubokunun son qalibi “Bakı” iki futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bunlar Vadim Boret və Aleksey Savinovdu.
Hər iki futbolçunun “zolaqlılar”la müqaviləsinin müddəti başa çatmaq üzrədi. Klub rəhbərliyi isə onlarla əməkdaşlığı davam etdirməkdə maraqlı deyil.
Qeyd edək ki, bu futbolçular uzun müddətdi ki, əsas komandada heyətə düşə bilmirdilər. Daha çox əvəzedici komandanın heyətində görünən legioner futbolçular yalnız mövsümün son turlarında əsas komandayla məşq etməyə başlamışdılar.
