25 may 2012 15:00
Azərbaycan kubokunun finalında sensasiya
Bu gün Şağan Olimpiya İdman Kompleksində futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Araz”la “Ekol” qarşılaşıb.
Hər kəs bu görüşdə “Araz”ın qələbə qazanacağını gözləsə də, bu, baş tutmayıb. Belə ki, bir neçə gün öncə “Neftçi” İSM ilə qızıl oyunda qalib gələrək Azərbaycan çempionu adını qazanan “Araz” kubokun finalında məğlub olub. “Ekol” 4:3 hesablı sensasion qələbə sayəsində Azərbaycan kubokunu qazanıb.
