25 may 2012 16:27
Neftçi Azərbaycan çempionu oldu (FOTOREPORTAJ)
AFFA-nın təşkil etdiyi U-14 Liqasının 2011-2012-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, b gün Masazır qəsəbəsindəki “Əlincə” stadionunda III yer uğrunda oyun və final qarşılaşması keçirilib. “Neftçi” İSM-Siyəzən komandası 3:2 hesabı ilə “Əlincə” komandasını məğlub edərək III yeri tutub.
Finalda isə “Neftçi” 1:0 hesabı ilə “Qəbələ”nin məğlub edərək U-14 Liqasının 2011-2012-ci il mövsümünün qalibi adını qazanıb.
Turnirin ən sərrast oyunçusu rəqib qapılarından 40 top keçirmiş “MKT-Araz” klubunun üzvü Tacəddin Bəbirli olub. Ən yaxşı oyunçu adına isə “Neftçi” komandasından Tural Osmanov layiq görülüb.
